Ankarada 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan yürüş təşkil olunub. Polis icazəli ərazidən uzaqlaşan yürüş iştirakçılarına müdaxilə edərək aksiyanın sona çatdırılmasını tələb edib. Müdaxiləyə baxmayaraq, tədbirlər həmin günün axşamı və 9 mart tarixində davam edib.
Zəfər partiyası sədr müavini Uğur Batur və CHP qrup sədrinin müavini Gökhan Günaydın, Ekrem İmamoğlunun məhkəmə prosesi və Ümit Özdağın həbsi ilə bağlı Amerikanın Səsinə müsahibə verdilər. Hər iki siyasətçi baş verənlərin ölkənin siyasi mühitinə və gələcək seçkilərə mümkün təsirlərini dəyərləndirdi.
Ankarada diş həkimləri problemlərini gündəmə gətirmək üçün Ankara şəhər sağlamlıq idarəsinin qarşısında tətil aksiyası keçirib. Onlar peşələrini layiqincə icra edə bilmək üçün uyğun şəraitin yaradılmasını və diş həkimlərinə xüsusi idarənin təsis edilməsini tələb edib.
Ankarada BMW Başkent Club-un aylıq görüşü keçirilib. Bu tədbirdə sürücülər drift bacarıqlarını nümayiş etdirir. Hər ay təşkil olunan görüşlər avtomobilsevərlər tərəfindən böyük maraqla qarşılanır.
Türkiyədə növbədənkənar prezident seçkiləri son vaxtlar müzakirə olunur. Ötən günlərdə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu rəsmi olaraq namizədliyini elan edib.Mövzu ilə bağlı Ankarada sorğu keçirdik.
Ankarada ODTÜ'də "Yaşamdan Yana" dərnəyi və "Heyvanları xilasetmə" hərəkatı tərəfindən Veqan həyat tərzi festivalı təşkil olundu. Festivalda tələbələr və veqan marka sahibləri "Türkiyədə veqan olmaq" mövzusunda Amerikanın səsinə danışdılar.
Türkiyənin 81 şəhərindən gələn 400 səhiyyə işçisi haqlarını tələb etmək üçün Ankarada Səhiyyə Nazirliyi qarşısında aksiya keçirdi. Onlar iş yükünün artması, maaş azlığı və təzyiqlər kimi bir sıra problemlərini səsləndirdilər. Səhiyyə Nazirliyi mövzu haqqında açıqlama verməyib.
"Ankara çoxsəsli xor qrupu" Kahramanmaraş zəlzələsindən zərər çəkmiş İskəndərun xor məktəbinin şagirdləri üçün Ankarada pulsuz xor dərsi təşkil edib.
Ankarada keçirilən "Baş verə biləcək zəlzələyə hazırıqmı?" adlı konfransda İstanbul, İzmir və Ankaranın zəlzələ və tsunami hazırlıqları müzakirə olundu. Zəlzələ mütəxəssisi Yoşinori Morivaki və Hüseyn Alan fövqəladə hallara qarşı tədbirlər barədə danışdılar.
6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələnin Türkiyədə baş verməsindən iki il ötür. Bu səbəblə ölkənin bir çox şəhərində anım tədbirləri keçirilir.
Ankaranın Mamak Bələdiyyəsinə məxsus sığınacaqda heyvan qətllərinin törədildiyi iddialarına etiraz edən heyvan haqları müdafiəçiləri, 13 yanvardan etibarən “Yaşam Növbəsi”ni bələdiyyə binası qarşısına daşıyıblar.
Ankara şəhərindəki "Əsr" məzarlığında yerləşən Məhəmməd Əmin Rəsulzadənin məzarı, Türkiyədə yaşayan azərbaycanlılar və Ankaralılar tərəfindən ziyarət olunaraq güllərlə bəzədildi.
Son illərdə Türkiyə xaricilər üçün təhsil almağa üstünlük verilən mərkəzlərdən birinə çevrilib. Bu mövzu ilə əlaqədar olaraq, Türkiyədə təhsil alan xarici tələbələrlə danışdıq
Ankarada son vaxtlar Türkiyədə baş verən jurnalist həbslərinə, heyvan qətllərinə və dövlət tərəfindən təyin edilən sədrlərə qarşı etiraz aksiyası keçirilib. Aksiyaçılar “Müstəqil media susdurula bilməz” şüarları səsləndiriblər.
Ankarada heyvansevərlər bir araya gələrək Anayasa Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. Eyni zamanda, Türkiyənin 25 şəhərində də analoji aksiyalar təşkil olunaraq Ankaradakı etiraza dəstək verilib.
Ankarada fəaliyyət göstərən vəkillər Ankara Bürosu idarə heyətinin hüquqsuz səbəblərlə həmkarlarının iş fəaliyyətinə maneə olduğunu iddia ediblər. Hüquqları məhdudlaşdırılan vəkillər etiraz məqsədilə mətbuata danışıb. Büro prezidenti şərh verməyib.
Türkiyədə minimum əməkhaqqı 2025-ci il üçün 22.104 TL olaraq müəyyən edilib. Mövzu ilə bağlı Türkiyənin paytaxtı Ankarada sorğu keçirdik.
Halk TV-nin üç jurnalistinin məhkəməyə cəlb edilməsi və kanala Radyo və Televiziya Üst Qurumu (RTÜK) tərəfindən tətbiq olunan senzuraya qarşı jurnalist cəmiyyətləri Ankarada bir araya gələrək, demokratiya və media azadlığının qorunması üçün birgə fəaliyyətin vacibliyini vurğuladılar.
Türkiyədə 2023-cü ilin fevralında baş verən Kahramanmaraş mərkəzli zəlzələdən iki il sonra, maddi və mənəvi zərər görən jurnalistlər qarşılaşdıqları çətinliklər barədə Amerikanın səsinə danışıb.
Türkiyə Statistika Qurumu 2024-cü il üzrə hazırladığı hesabatına əsasən, Türkiyədə ümumi işsizlik səviyyəsi kiçik bir azalma ilə 10,1%-ə enib. Bu mövzu ilə əlaqədar olaraq, Türkiyənin paytaxtı Ankarada sorğu keçirdik.
Daha çox yüklə