Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə sərhədi keçmək istəyən suriyalılar üçün imkanlar yaradıb. Sorğuda iştirak edən Hatayda yaşayan suriyalılar qərarsız olduqlarını bildirib.
Azərbaycanlı tələbələr Amerikanın Səsinə verdikləri müsahibədə Türkiyədə təhsil almağı seçmə səbəblərini və qarşılaşdıqları çətinlikləri paylaşdılar.
21 yanvarda Türkiyənin Bolu vilayətində, Kartalkaya dağ-xizək kurortunda oteldə baş verən yanğının səbəbləri ilə əlaqədar araşdırmalar davam edərkən, Ankarada vətəndaşlar etiraz aksiyası keçirdi. Onlar təhlükəsizlik tədbirlərinin və nəzarətin gücləndirilməsini tələb etdilər.
2023-cü ilin fevralında baş verən zəlzələdən sonra Hatay şəhərinin sakinləri, 22 ay keçməsinə baxmayaraq, yolların hələ də təmir olunmamasından şikayət edirlər. Valideynlər xüsusilə məktəblərə yaxın yollarda təmirin olmamasının tıxaclara səbəb olduğunu vurğulayıblar.
Hatayın Belən bölgəsində 70 şəhərin yeməkləri adı ilə yarmarka keçirilib. Lakin kiçik biznes sahibləri festivalın gözlənilən marağı görmədiyini qeyd edib. Festivalın keçirildiyi salonun kiçik olması səbəbindən isə 70 şəhərdən yalnız bir qismi iştirak edə bilib.
İzmir körfəzində zəhərlənmə iddiaları, dəniz çirkliliyi və şiddətli qoxu balıq satışlarını azaltdı. Balıqçılar yayda baş verən balıq ölümləri və körfəzdəki zəhərlənmə iddiaları ilə əlaqədar Amerikanın Səsinə danışdı.
2023-cü ildə Türkiyədəki 7.6 bal gücündəki zəlzələnin təsirləri hələ də davam edir. Hatayda konteyner şəhərciklərində uşaqların təhsili üçün Amerikadan gələn könüllü dəstəyi ilə kitabxana və oyun yeri qurulub. Design Plus Peace assosiasiyasının prezidenti vəziyyətin kritik olduğunu qeyd edib.
Türkiyədə 2023-cü ilin fevral ayında Kahramanmaraş mərkəzli zəlzələnin baş verməsindən 22 ay keçib. Bu müddət ərzində ən çox zərər görən bölgələrdən biri olan Hatay şəhərində hansı dəyişikliklərin baş verdiyini öyrənmək məqsədilə şəhər sakinləri ilə sorğu keçirdik.
Hatayda zəlzələdə iş yerlərini itirən sənətkarlar üçün “Hatay Mədəniyyət və İncəsənət” mərkəzi yaradılıb. Sənətkarlar, mərkəzin bir çox sənətkar və vətəndaşa iş imkanı yaratdığını, lakin məkan və nəqliyyat çətinlikləri yaşadıqlarını vurğulayıblar.
Hatayın Serinyol rayonunda uşaqların müxtəlif sahələrdə pulsuz təhsil ala biləcəyi bir mərkəz yaradılıb. Mərkəzin rəhbəri Ethəm Əsgər, Hatayda belə mərkəzlərin sayının artırılmasının vacib olduğunu, amma davamlılığın təmin edilməsi üçün dəstəyə ehtiyac duyduqlarını bildirib.
Suriyada Əsəd rejiminin üsyançılar tərəfindən devrilməsindən sonra Türkiyədən sərhədləri keçmək istəyən suriyalılar üçün imkanlar yaradıldı. Mövzuyla bağlı Ankarada sorğu keçirdik.
1-ci "Anadolu Opera və Balet Festivalı" bu il Hatayda təşkil olundu və böyük maraqla qarşılandı. Hatay Mustafa Kamal universitetinin konservatoriya direktoru Oğuzcan Kalıver zəlzələnin ardından şəhərə qayıdan sakinlər və tələbələrin belə tədbirlərə ehtiyacını vurğuladı.
Türkiyənin Isparta şəhərində yaşayan əkinçilər artan istehsal xərcləri, mazut, gübrə və yem qiymətlərinin bahalaşması ilə yanaşı, su qıtlığı ilə də mübarizə apardıqlarını bildirir.
Türkiyənin paytaxtı Ankarada etiraz aksiyası keçirildi. Etirazçılar gündəlik problemlərini dilə gətirməklə yanaşı, yeni ildə minimum əməkhaqqına ediləcək artımla bağlı tələblərini ifadə etmək üçün Türkiyənin müxtəlif şəhərlərindən gələrək Ankarada toplaşdılar.
Ispartada keçirdiyimiz sorğuda sakinlərə Türkiyədə ehtiyac duyulan minimum əmək haqqının nə qədər olduğunu soruşduq.
Türkiyənin Isparta şəhərində yerləşən, strateji və ekoloji baxımdan böyük əhəmiyyət kəsb edən Eğirdir gölü hazırda quruma təhlükəsi ilə üz-üzədir. Türkiyənin ekosistemindəki vacibliyi ilə tanınan bu gölün vəziyyəti barədə meşə mühafizəsi mühəndisi Adnan Yılmaztürk ilə danışdıq.
Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən açılmış pulsuz camaşırxanalar tələbələr üçün əlçatan olmaqla yanaşı, yaşlılar və xüsusi qayğıya ehtiyacı olan şəxslərə də xidmət göstərir.
23 noyabrda Ankarada qadın futbol super liqasında 10-cu həftə oyunları keçirildi. Qarşılaşmada həm yerli, həm də Azərbaycanlı Milana Rəhimova kimi beynəlxalq oyunçular iştirak etdilər. Görüşdən sonra qadın futbolçular, xüsusən də bu sahədə qarşılaşdıqları çətinliklər barədə fikirlərini bölüşdülər.
Ankara Böyükşəhər Bələdiyyəsi "Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüü" çərçivəsində “şiddətə tolerantlığımız yoxdur” şüarı ilə proqram təşkil etdi.
25 noyabr – "Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüü" münasibətilə Ankarada qadın hüquqlarını müdafiəçiləri və qeyri-hökumət təşkilatları bir araya gəldi.
Daha çox yüklə