Politoloq və siyasi fəal Teoman Aktan Amerikanın Səsi ilə söhbətində yanvarın 26-da Tehranda keçirilən “Traktor Azərbaycan” və “Persepolis” komandalarının qarşılaşması zamanı baş verən və hələ də gündəmdə olan olayları dəyərləndirib.
İran Futbol Federasiyasının qərar açıqlamasına rəğmən, Təbriz və Tehran komandaları arasında keçirilən matç zamanı baş verənlərlə bağlı qızğın mübahisələr bitmir. Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi federasiyanın qərarının “irqçi şüarlar” səsləndirən Persepolis tərəfdarlarına cəza deyil təşviq olduğunu önə çəkib.
Your browser doesn’t support HTML5
Teoman Aktan Traktor-Persepolis matçında baş verənləri şərh edir
Teoman Aktanın sözlərinə görə, “sosyoloji olaraq Persepolis tərəfdarlarının irqçi və cinsiyyətçi şüarlar istifadə edərək Traktor klubu və tərəfdarlarına qarşı sərgilədiyi davranış və söyləmlər bəsit bir tərəfdar rəqabətinin üstündə sistemli ayrıseçkiliyin bir göstəricisidir. Türklərə yönəlik aşağılamaları sadəcə bir idman qarşılaşmasının atmosferinə sıxışdırmaq doğru deyil. Bu olaylar ölkənin tamamında etnik və kültür aidiyyətlərinə dair dərin çatlaqları gözlər önünə sərir.”
SEE ALSO: “Traktor” klubunun sahibi: Federasiyanın qərarı “irqçi şüar” verənlərə təşviq oldu, məsələni FİFA-da təqib edəcəyikİran Futbol Federasiyası intizam komitəsinin qərarını tənqid edən Traktor klubunun sahibi irqçi şüarlar məsələsini FİFA-da təqib edəcəklərini deyib.
“Traktorun FİFA-ya baş vurması və bunu bəyan etməsi İranda hüququn etnik ayr-seçkiliyə qarşı nə qədər qapalı olduğunu, nə qədər yetərsiz və tərəfsiz deyil nə qədər tərəfgir bir orqan olduğunu göstərir bizə”, o deyib.
Politoloqun dediklərinə görə, İran hakimiyyəti irqçiliyin sistematik olduğunu gizlətmək üçün bu hadisələri fərdi hal kimi göstərməyə çalışır.
SEE ALSO: “Traktor”un xorvatiyalı oyunçusu verdiyi bir müsahibəyə görə İran Futbol Federasiyasına çağırılıb“İranda türklərə yönəlik irqçiliyin uzun bir keçmişi var. Ancaq bu ictimai fenomen dövlətin rəsmi söyləmi tərəfindən sürəkli olaraq inkar edilməkdədir. İran dövləti etnik ayrıseçkiliyi qəbul etməmək adına bu növ olayları fərdi hallar olaraq təqdim edərək onun sistemli yönünü inkar etməkdədir”, o deyib.
Aktan hesab edir ki, İranda irqçilik eyni zamanda institusionaldır.
“Türklərə yönəlik irqçilik təkcə fərdi və ictimai düzeydə deyil, eyni zamanda institusional səviyyədə də davam edir. Media, təhsil və hüquq sistemi vasitəsilə türk kimliyi sürəkli olaraq kiçimsənməkdə və aşağılanmaqdadır. 2006 ilində İran qəzetində yayımlanan o karikatura, irqçiliyin bariz örnəyi idi. Ondan sonra bənzər olaylar ardı kəsilmədən davam etmişdir. Ona görə, bunların fərdi hallar və təkil olaylar olduğunu demək doğru deyildir,” deyə Teoman Aktan bildirib.
SEE ALSO: Teoman Aktan: İranda türkcə hakim rəvayətlərə qarşı alternativ rəvayətlərin dilidir
Siyasi fəal İranda “ciddi bir irqçiliyin mövcud olduğu kimi ona qarşı ciddi təpkilərin də olduğunu” vurğulayıb.
“Ciddi bir irqçilik var və bu irqçiliyə qarşı da ciddi bir qarşı hərəkət var. Azərbaycan irqçiliyə qarşı bu hərəkətin və dirənişin başını çəkir. Sadəcə Azərbaycana da məhdud qalmır, İranın başqa yerlərində yaşayan türklər də var və onlar da bu mücadilənin bir parçasıdır” - deyə, Teoman Aktan əlavə edib.