Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərinin "etibarlı səviyyədə" olduğunu deyir

Sergey lavrov

“Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin “qara qutu”larının oxunması mətbuatda verilən bəzi ilkin qənaətləri təsdiqləmir”.

Bu barədə TASS agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında dediklərinə istinadən məlumat yayıb.

“Braziliyada xüsusi iclas keçirildi, biz “qara qutuları” açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib, məzmunu bizi bir daha inandırır ki, tam hüquqi bir görüş gözləmək lazımdır”, o qeyd edib.

Baş diplomat deyib ki, indi “qara qutular”ın məlumatı ilə təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında atmosferi qarışdırmağa ehtiyac yoxdur.

Nazir aydınlaşdırıb ki, Azərbaycanla hazırkı “strukturlaşdırılmış əlaqələr” İkinci Qarabağ müharibəsi zamanı səhvən Rusiya helikopterinin vurulması və ya baş verən digər hadisələrin, bütün faktların öyrənilməsi əsasında istənilən məsələləri, o cümlədən indi fəlakət baş verəndə, Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğramasının nəticələrini operativ şəkildə həll etməyə imkan verir. Biz azərbaycanlı dostların bütün amilləri nəzərə alaraq Rusiya Federasiyasının istintaqda iştirakını dərhal dəstəkləməsini yüksək qiymətləndirdik", Lavrov əlavə edib.

“Biz həmkarım və dostum xarici işlər naziri Ceyhun Bayramovla çox sıx işləyirik, bizim bütün səviyyələrdə Xarici İşlər Nazirliklərimiz xarici siyasət sferasında BMT, ATƏT-dən başlayaraq, iqlimin tematik blokları ilə bitən, xüsusən də Bakının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konvensiyasına ev sahibliyi etməsi faktı nəzərə alınmaqla güvənən əməkdaşlıq edirik və 2025-ci ildə onların bütün istiqamətlərdə daha da fəal inkişaf edəcəyini gözləyirik”, nazir qeyd edib.

Sergey Lavrovun fikrincə, Rusiya-Azərbaycan münasibətləri etibarlı səviyyədədir və Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir.

“Mən Rusiya-Azərbaycan münasibətlərini çox yüksək qiymətləndirirəm, onlar etibarlıdır. Dövlət başçıları müntəzəm əlaqə saxlayırlar, heç bir qapalı mövzu yoxdur. Prezidentlər Vladimir Putin və İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələr axtarmağa həvəsləndirmək üçün işləri qaydaya salıblar. Bu, “Şimal-Cənub” dəhlizinə, Qafqazda və ətrafında digər nəqliyyat layihələrinə aiddir. Eyni zamanda buraya Xəzər dənizinin dayazlaşması məsələsi də aiddir”, o qeyd edib.

Lavrov bildirib ki, Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələlərin həlli üçün ikitərəfli işçi qrupu yaradıb.

"Hazırda ikitərəfli işçi qrupu yaradılıb. Onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik ki, bütün Xəzəryanı dövlətlər bu işdə iştirak etsinlər. Biz beynəlxalq arenada da əməkdaşlıq edirik", xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Bakı və Moskva arasında təhlükəsizlik, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, həmçinin silahlı qüvvələr və xüsusi xidmət orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlaqələr qurulub və praktiki addımlar atılır.

Bununla yanaşı, rəsmi Bakı Sergey Lavrovun dediklərinə hələ münasibət bildirməyib. Həmçinin təyyarının qara qutularının Braziliyada yanvarın 6-da tam oxunması ilə bağlı ilkin hesabat açıqlanmayıb.

Azərbaycan rəsmiləri dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marğrutu ilə uçan təyyarəsinin Rusiya ərazisində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğradığını bildirib. Təyyarədə olan 67 insandan 38-i həlak olub. Sağ qalan sərnişinlər təyyarənin Rusiya səmasında vurulduğunu bildirib. Azərbaycan Prezidneti Rusiyadan üzr istəməsini, günahkarların cəzalandırılmasını və kompensasisya verilməısini istəyib. Rusiya Prezidenti Valdimir Putin təyyarənin Rusiya səmasında vurulduğuna görə üzr istəyib. Amma digər tələblərlə bağlı Rsuiya hələ açıqlama verməyib.