Accessibility links

AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının Braziliyada tədqiqinə başlanılıb


Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də məcburi eeiş edərkən qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının tədqiqinə başlanılıb.

Bu barədə Braziliyanın “oglobo.globo.com” saytı məlumat yayıb.

Məlumatda deyilir ki, hələlik tədqiqatın nə vaxt başa çatacağı məlum deyil.

“Bununla yanaşı, Braziliya Hərbi Hava Qüvvələri tədqiqatın ən qısa zamanda başa çatacağına ümid etdiyini bildirib. Materialı Braziliyadan olan üç müstəntiq, audioyazıların transkripsiyasına nəzarət edən Azərbaycan və Rusiya agentləri ilə birgə təhlil edir. Tədqiqatla bağlı son məlumat qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə göndəriləcək və qəza ilə bağlı Yekun Hesabat dərc olunacaq”, nəşr bildirir.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG