Accessibility links

Azərbaycan və Latviya regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib


Azərbaycan və Latviya XİN başçıları arasınds telefon danışığı olub
Azərbaycan və Latviya XİN başçıları arasınds telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Həmçinin iki ölkə arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum

XS
SM
MD
LG