Bakıda bir qrup ictimai fəal və jurnalistlər qadın məhbusların minimum ehtiyaclarını qarşılamaq məqsədilə yardım kampaniyası təşkil edib. 11 və 12 yanvar tarixlərində Müsavat Partiyasının qərargahında gigiyenik vasitələr, isti geyimlər və kitablar üçün ianələr qəbul ediləcək.