Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 6-da Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Ağ Evin açıqladığı bəyanatda görüşdə ABŞ və Azərbaycan arasında əlaqələrin 30 illik yubileyi alqışlanıb və tərəflər ikitərəfli əlaqələri daha da dərinləşdirməyə hazır olduqlarını bəyan edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibədə ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu şərh edib.
Metyu Brayza: Milli təhlükəsizlik müşavirləri görüşəndə bu, münasibətlərin artıq dərinləşməsi deməkdir
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi