Müharibə iştirakçıları üçün tikilən evlər yarımçıq qalıb
Müharibədə həlak olanların ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan evlərin tikintisi maliyyə məsələsinə görə yarımçıq qalıb. Bərdə Tərtər Beyləqan və Ağcabədi rayonlarında tikiləcək evlərin sifarişi Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən Şəms MMC-ə verilib. Həmin şirkətlə müqavilə bağlayan icraçılar nazirliyə müraciət ediblər. İcraçılar deyir ki, 8 ay əvvəl başladıqları bu işdən borc içində çıxıblar. Hazırda həm tikinti materialları aldıqları mağazaların, həm də işçilərin pulunu ödəyə bilmirlər. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını deyirlər.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi