Bakıda adaptiv geyimləri nümayişi keçirilib
Kekalove Adaptive startapının təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə regionda ilk dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilib. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi John Hussay də çıxış edib. Şounun ardınca əlilliyi olan şəxslərin əsas problemlərini işıqlandırmaq və vacib məsələlər barəsində dialoqu gücləndirmək məqsədilə bir neçə panel müzakirələri keçirilib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi