Bakının mərkəzində etiraz aksiyası keçirilib
Mayın 7-də Bakının mərkəzində, "28 May" metro stansiyası yaxınlığında etiraz aksiyası keçirilib. Aksiyada sosial və siyasi tələblər səsləndirilib: Aksiyada II Qarabağ müharibəsi iştirakçları, 190 manat müavinət ala bilmədiyi üçün etiraz edən, eyni zamanda siyasi tələblər səsləndirən şəxslər iştirak edib. Aksiyada iştirak edən 30-a yaxın şəxs "28 May" metro stansiyasıyaxınlığında, təxminən 15 nəfər isə "Qış parkı"nda saxlanılıb. Bir neçə jurnalistin polis zorakılığına məruz qaldığını bildirib. Ərazidəki polis əməkdaşları yarım saat ərzində aksiyanın qarşısını tamamilə alıb.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi