"İstintaqın irəli sürdüyü ittihamlar təsdiq olunmur"
Aprelin 28-də Bakı Apelyasiya Məhkəməsində Orduya dəstək məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Ağamalı Qafarovun sədrliyi ilə baş tutan məhkəmə prosesində şahidlər dindirilib. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin sözlərinə görə, şahidlər yürüşdə təqsirləndirilən şəxsləri görmədiklərini, onları tanımadıqlarını, orada heç bir qanunsuz hərəkətin olmadığını deyiblər. Növbəti məhkəmə prosesində digər şahidlərin dindirilməsi gözlənilir. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, əvvəlki prosesdə olduğu kimi, bu prosesdə də şahidlər təzyiq altında ifadə veriblər. Prosesdə bu ifadələrin mötəbər hesab olunmaması ilə bağlı vəsatət verilib, lakin məhkəmə vəsatəti təmin etməyib. Növbəti məhkəmə prosesi mayın 5-ə təyin olunub.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi