Sovetski sakinləri : "Oğurlanmış pulları qaytarın"
Martın 12-də Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Nazirlər Kabinetinin binası qarşısında toplaşıblar. Etirazçılar deyir ki, onların evləri dəyərindən aşağı məbləğdə qiymətləndirilib, evlərindən zorla çıxarılıblar və torpaq pulları onlara hələ də ödənilməyib. Etiraz edən sakinlər "oğurlanmış pulları qaytarın" kimi şüarlar səsləndiriblər. Etirazçılar bu günə qədər aidiyyəti dövlət qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər. Onlar deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər. Sakinlərin etirazına baxmayaraq, Nazirlər Kabinetindən heç kim şikayətçiləri qəbul etməyib. Daha sonra polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi