"Sovetski" sakinləri Milli Məclisin qarşısında etiraz edib
Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Milli Məclisin binası qarşısında etiraz ediblər. Onlar iddia edir ki, evlərindən zorla çıxarılıblar, alqı-satqı müqaviləsini bağlamağa məcbur ediliblər. Sakinlər bildirirlər ki, köçürülən vətəndaşlara torpaq pulu hələ də verilməyib. Etiraz edən sakinlər bu günə qədər aidiyyəti dövlət qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər. Onlar deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər. Daha sonra sakinlərdən 3 nəfər Milli Məclisin nümayəndələrinin qəbuluna dəvət ediliblər. Ərazidəki polis əməkdaşları isə aksiya iştirakçılarını əraziyə gətirilən avtobuslara minmələrini tələb edib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi