"Feministlərə qarşı qəlibləşmiş stereotiplər olsa da, zamanla bunlar aradan qalxmaqdadır"
Fem-utopia Azərbaycanda fəaliyyət göstərən, özündə feminizm barədə maarifləndirici materiallar ehtiva edən video-platformadır. Layihə 30 may Beynəlxalq Feminizm Günü izləyicilərə təqdim olunub. Bu platformada müxtəlif mövzulara feminist baxış təqdim olunur. Videoların arasında deputat Razi Nurullayevə ünvanlanmış tənqidi videoçarx da yer alır. Platformada "mənə bir az feministcə danış", "feministlər nə oxuyur" rubrikaları da var. Platformanın təsisçilərindən biri Fərqanə Abdulla deyir ki, Azərbaycanda feminizm mövzusunda mənbələr az olduğu üçün belə bir platformaya ehtiyac olduğunu düşündük. Komanda 4 nəfərdən ibarətdir, lakin bu platforma feminizm mövzusunda danışmaq istəyən hər kəsin üzünə açıqdır. Fərqanə Abdulla bildirir ki, izləyicilərin onların gördüyü işə reaksiyası adətən yaxşı olur. Azərbaycanda feminizm dalğası yeni başladığı üçün mövzular izləyicilərdə maraq yaradır. O deyir ki, mövzular əsasən gündəmə uyğun, yaxud maarifləndirici yöndə olur. Fərqanə hesab edir ki, əvvəllər ölkədə feministlərə qarşı qəlibləşmiş stereotiplər olsa da, zamanla bunlar aradan qalxmaqdadır.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi