Müharibədə həlak olanların yaxınları etirazlara davam edir
Yanvarın 12-də İkinci Qarabağ müharibəsində həlak olanların yaxınları etiraz ediblər. Onlar yaxınlarının Qaradağ rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanında yox, II Fəxri Xiyabanda dəfn olunması tələb edirlər. Həlak olanların yaxınları deyir ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər Qaradağ rayonundakı yol kənarında olan bu məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib. Ailələr tələbləri yerinə yetirilənə də etirazlara davam edəcəklərini deyirlər. İkinci Qarabağ müharibəsində həlak olanların yaxınları bildirib ki, dəfələrlə icra hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət etsələr də, tələbləri yerinə yetirilmir.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi