11 gün fotosərgisi
"Camping Azerbaijan" "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki "Bakı Fotoqrafiya Evi" ilə birgə, "11 gün" adlı fotosərgi keçirib. Sərgidə fotoqraf Eldar Əkbərovun sonuncu "Şaxta Baba ucqar kəndlərdə" layihəsi çərçivəsində orta format kamera ilə çəkdiyi fotolar nümayiş etdirilib. Layihə çərçivəsində hər il Şaxta Babalar onlarla ucqar dağlıq kənddə yüzlərlə uşağa hədiyyə çatdırmaq üçün günlərlə qarlı dağlar aşaraq yol gedirlər. Layihənin məqsədlərindən biri də şəhər və kənd insanı arasında sevgi körpüsü yaratmağı davam etdirməkdir. Sərgi zamanı layihə haqqında daha ətraflı məlumat verilib və bu ilin planları açıqlanıb.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi