"Tullantıdan sənətə" sərgisi
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş etdirilib. “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi