Müxalifətin Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinqi
Bu gün Respublika Günü münasibətilə Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsinin önündə müxalifət qüvvələrinin keçirdiyi mitinqdə bir neçə min adam iştirak edib. Gözləntilərin əksinə olaraq, Milli Şuranın yaradılması elan olunmayıb. Lakin müxalifət liderləri bəyan ediblər ki, məsələ həll olunub və Milli Şuranın yaradılması yaxın zamanın işidir. Mitinq iştirakçıları aksiya boyu uca səslərlə “Elan edin!” deyərək liderlərdən Milli Şuranı Məmməd Əmin Rəsulzadənin abidəsi önündə, Respublika Günündə elan etməyi tələb edib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi