77 yaşlı Vasily Qriqoreviç Gürcüstanda məskunlaşan Ukraynalı qaçqınlardan biridir. Müharibədən əvvəlki həyatında musiqiçi olan Vasiliy, qaçqın olduqdan sonra özünü musiqiçi olaraq təqdim edə bilmədiyini deyir.
Gürcüstanda 8 mart ərəfəsində qadın hüquqları və qadınların siyasi prosesdə iştirakı məsələlərinə həsr olunmuş "Demokratiyanın Qurulmasında Qadınların Rolu" başlıqlı konqresində etnik azərbaycanlı icmasının üzvü Samirə İsmayılova öz siyasi təcrübəsini paylaşmaq üçün məruzəçi kimi iştirak edib
Tbilisidə 8 mart beynəxalq qadınlar günü münasibəti ilə aksiyası keçirildi. Aksiya iştirakçıları Respublika meydanından başlayaraq, Rustaveli prospektinə doğru yürüş etdilər və parlament binası qarşısında artıq 101 gündür etiraz edən yerli nümayişçilərə qoşuldular.
Sovet İttifaqının Gürcüstanı işğal etməsinin 104-cü ildönümündə və Gürcüstanda davam edən etiraz aksiyalarının 90-cı günündə etirazçılar Rustaveli prospektində yenidən yolu bağlayıblar.
Gürcüstanda yerləşən Ukrayna evində Rusiyanın Ukraynaya hücumunun 3 cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Tədbir Alman Hökuməti ilə BMT İnkişaf Proqramı tərəfindən “Hüquq sistemi və ədalətə çıxışın təkmilləşdirilməsi” təşəbbüsü çərçivəsində dəstəklənib.
Tbilisidə yerləşən Ukrayna səfirliyi qarşısında Rusiyanın Ukraynaya hücumunun 3-cü ildönümü münasibətilə Ukraynaya dəstək aksiyası keçirilib.
Yana Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadan köçərək Gürcüstanda məskunlaşıb. Ailəsi ilə birlikdə Gürcüstana köçdükdən sonra burada ukraynalı qaçqınlarla tanış olan Yana Ukraynanın simvollarından olan Motanka gəlinciklərini hazırlamağı öyrənib.
Tbilisidə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun üçüncü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə sənədli film nümayişi təşkil edilib və qonaqlar "Azov" xüsusi təyinatlılar dəstəsinin üzvü olan Vladislav Dutçak və Gürcüstan hərbçisi Nadim Xmaladze ilə görüşmək imkanı əldə ediblər.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun üçüncü ildönümü münasibətilə Gürcüstanda yaşayan ukraynalı qaçqınlarla işləyən CARE Caucasus təşkilatı Tbilisidə ukraynalı bizneslərin inkişafını dəstəkləyən proqram çərçivəsində biznes sərgisi təşkil edib.
"Gürcüstanda ukraynalı qaçqın qadınların gücləndirilməsi" proqramı başlayıb. Biznesin idarə edilməsi və bu kimi mövzularda keçirilən təlimlərin əsas məqsədi Gürcüstanda məskunlaşan ukraynalı qaçqın qadınları sahibkarlıqla bağlı maarifləndirmək və onlara öz bizneslərini qurmaqda kömək etməkdir.
Tbilisidəki Ukrayna Evində fəaliyyət göstərən "Çıraq altında" Ukrayna danışıq klubu, məcburi köçkünlərin, xüsusən də yaşlı ukraynalıların sosiallaşması üçün mühüm bir məkana çevrilib.
Gürcüstanda aksiyalar artıq 80 gündür davam edir. Aksiya iştirakçıları ölkədə yeni parliament seçkilərinin keçirilməsini və etirazlar zamanı saxlanılanların azad edilməsini tələb edir.
Tbilisidə “Beez” teatrı tərəfindən təqdim olunan “Tıq-tıq xanım” uşaq tamaşasının premyerası keçirilib. “Beez” Gürcüstanda etnik azərbaycanlılar icmasının yeganə uşaq teatrıdır.
Gürcüstanda davam edən etirazlarda iştirak edən etnik azərbaycanlı Elvin Kərimov saxlanılma zamanı polis zorakılığına məruz qaldığını bildirir.
Gürcüstanda məskunlaşmış ukraynalı qaçqınlar Tbilisidə açdıqları Ukrayna çörəkxanası ilə həm yerli bazara fərqli dadlar təqdim etməyi, həm də ənənəvi çörək və piroqları ilə burada yaşayan həmvətənlərini bir araya gətirməyi hədəfləyirlər.
Rusiyanın Ukraynaya hücumu zamanı qanunsuz olaraq Rusiyaya aparılan ukraynalı keçmiş məhbuslar hazırda Tbilisidə bir hosteldə yerləşdirilib. Onlar burada sənədlərinin həllini gözləyir və Ukraynaya qayıtmağa hazırlaşırlar.
Gürcüstanda 50 gündən artıq davam edən aksiyaların iştirakçıları, ABŞ-ın Gürcüstan parlamenti tərəfindən prezident seçilən Mixeil Kavelaşvilini yox, ölkənin 5-ci prezidenti Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət etməsindən məmnun olduqlarını bildiriblər.
Gürcüstanın azərbaycanlı etnik icmasının üzvləri bildirirlər ki, regionlarda yaşayan etnik azərbaycanlılar bayram günlərində paytaxt Tbilisiyə gəlirlər. Bu fürsəti dəyərləndirmək istəyən aktivistlər şam ağacı ətrafında toplaşaraq etirazlar haqqında Azərbaycan dilində məlumat yaymağa qərar veriblər.
Gürcüstanda bir aydan çoxdur davam edən etiraz aksiyası Yeni İl gecəsi də davam edib. Gürcülərin Supra adlandırdıqları ənənəvi şam yeməyi süfrəsi Rustaveli prospekti boyunca açılıb.
Dekabrın 29-da Gürcüstanda Mixayıl Kavelaşvili parlamentdə yeni prezident kimi and içərək hakimiyyətə gəldi. Lakin 2018-ci ildən etibarən prezident olan Salome Zurabişvili Orbeliani Prezident Sarayı qarşısında çıxış edərək, hakimiyyətin qanuniliyinin yalnız xalqdan qaynaqlandığını vurğuladı.
Daha çox yüklə