Hadson İnstitutunun eksperti Lyuk Koffi Amerikanın Səsinə müsahibədə İranın bu həftə raket hücumundan sonra İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə eskalasiyanın güclənməsi ehtimalı, ABŞ-ın strategiyası və gərginliklərin daha geniş region üçün mümkün riskləri haqda danışıb.
Son iki il ərzində İran siyasətini silkələyən hadisələr baş verib. Ölkəni bürüyən etirazlar, prezidentin qəzada ölümü və islahatçı prezidentin seçilməsi. Bu mövzuda, həmçinin bir ay sonra keçiriləcək ABŞ prezident seçkilərinin İranla münasibətə təsiri haqda sosioloq Ramin Cabbarlı ilə danışdıq.
ABŞ əhalisi arasında Rusiyanın hərbi təcüvüzünə qarşı mübarizə aparan Ukrayanaya dəstək birmənalı qarşılanmır. Əhalinin Ukrayanaya dəstəklə bağlı mövqeyi bərabər sayda iki yerə bölünüb. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla görüşlərimizdə onların bu mövzuda mövqeyi ilə maraqlandıq.
İqtisadiyyat hər zaman ABŞ seçkilərinin əsas mövzusu olub. 2024-cü il seçkiləri də istisna deyil. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla ölkədəki iqtisadiyyatın vəziyyəti ilə bağlı müşahidələri haqda danışdıq.
2024-cü il ABŞ prezident seçkilərinə təxminən altı həftə qalır. Cari vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp ölkənin 47-ci prezidenti olmaq uğrunda sərt rəqabətdədirlər. Vaşinqton ştatında yaşayan azərbaycanlılardan bu seçkilər haqda nə düşündüklərini öyrəndik.
ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Nyu Yorkda Amerikanın Səsinə müsahibədə Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşünün nəticələri və sülh prosesindən gözləntilər barədə danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Nyu-Yorkda dövlət katibi Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü və ABŞ-ın sülh prosesində səylərini şərh edib.
Rusiya və İran arasında Moskvanın Zəngəzur dəhlizinə dəstəyi ilə bağlı son günlərdə gərginlik müşahidə olunur. Maynts universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Amerikanın Səsinə müsahibədə Rusiya və İranın regionda hədəfləri haqda danışıb.
Sosioloq Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə ABŞ-ın Siettl şəhərində qərargahlanan İnklüziv Cəmiyyət Fondunun İran Azərbaycanında 2024-cü ilin aprel-iyun ayları arasında insan hüquqlarının durumu ilə bağlı yeni hesabatı haqda danışıb.
ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifət üzvlərinə qarşı davam edən basqılara görə dərin narahatlığını bildirib.Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibədə Azərbaycanda son həbslər və beynəlxalq reaksiyalar haqda danışıb.
ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfərinin məqsədləri və Rusiyanın regionda rolu haqda danışıb.
Çikaqo şəhərində Demokratlar Partiyasının Milli qurultayına dəvət edilən xarici diplomatlar arasında olan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Amerikanın Səsinə müsahibədə seçki ilinin vacib siyasi tədbiri haqda təəssüratları haqda danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Rusiya prezidenti Vladimir Putinun Azərbaycana iki günlük dövlət səfəri və Moskvanın regionda rolu haqda danışıb.
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Cənubi Qafqazda prioritetləri və regionun inkişafın ilə bağlı baxışı, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri və Vaşinqtonun bu prosesdə rolundan danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ilə görüşü və Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.
Atlantik Şuranın baş elmi işçisi Riç Ouzten Amerikanın Səsinə müsahibədə İsrailin baş naziri Benyamin Netanyahunun Konqresdə çıxışının regional sabitlik və ABŞ-la münasibətlərə təsiri və Qəzzada müharibənin daha geniş geosiyasi nəticələri haqda danışıb.
Şimali Karolina-Qrinsboro universitetində sülh və münaqişə araşdırmaları departamentinin dosenti və həmsədri Əli Əsgərov sabiq prezident Trampa sui-qəsd cəhdinin ABŞ-da siyasi proseslərə mümkün təsirləri, Amerikada prezidentlər və siyasi fiqurlara qarşı silahlı zorakılıqların tarixi haqda danışıb.
Daha çox yüklə