Amerikanın Səsinə müsahibə verən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Azərbaycan media qurumlarının hazırkı vəziyyəti və gələn il prezident seçkilərinin səbəb ola biləcəyi dəyişikliklər haqqında danışıb.
Amerikanın Səsinə müsahibə verən Köln Biznes Məktəbinin məzunu və Azcrypto.com layihəsində kripto konsultant kimi fəaliyyət göstərən Hafiz Poladzadə kriptovalyutalar fenomeni və maliyyə sisteminin gələcəyi haqda danışıb.
“Yüksəliş Naminə” qəzetinin redaktoru Rüfət Abasov Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycanla Avropa institutları arasında mövcud olan problemlər və bu problemlərin regionun geosiyasi durumuna təsiri haqda danışıb.
Helsinki Komissiyası dekabr ayının 13-də Rassel Senat binasında kleptokratiyaya qarşı mübarizədə Qlobal Maqnitski Aktının əhəmiyyyəti mövzusunda dinləmə keçirilib
Amerikanın Səsinə müsahibə verən bəstəkar, kulturoloq Elmir Mirzoev Petro Poroşenko və Mixeil Saakaşvili arasında gedən siyasi mübarizə və sabiq Gürcüstan prezidentinin Ukraynada siyasi lider kimi uğur qazana bilmək şansları haqda danışıb.
Azərbaycanın Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsinə verdiyi müsahibəsində son dövrlərdə Türkiyə və NATO arasındakı münasibətlərdə yaranmış fikir ayrılıqları və bunun Türkiyə üçün nəticələrindən danışıb.
Oksford Universitetinin elmi işçisi Leyla Əliyeva Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və Azərbaycan - Avropa Birliyi münasibətlərinin gələcəyi haqqında danışıb
Nyu York şəhərinin Brodvey prospekti ilə 42-ci küçəsinin kəsişməsində yerləşən Tayms meydanı dünyanın əyləncə və həyəcan paytaxtı hesab olunur. Parlaq işıqlara qərq olmuş Tayms meydanından Vüqar Bəhmənzadənin xüsusi reportajı.
Nyu York şəhərinin ürəyində yerləşən və dünyanın ən məşhur parkı sayılan Mərkəzi park haqqında Vüqar Bəhmənzadənin xüsusi reportajı.
NİDA Vətəndaş Hərəkətanın İdarə Heyətinin üzvü Məsud Əsgər Amerikanın Səsinə verdiyi müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsxanada saxlanma şəraitindən və noyabrın 14-ündə həbs edilən hərəkat üzvü Ümman Səfərov haqqında danışıb.
Patomak çayının sahilində yerləşən National Harbor şəhərində hər ilin noyabr ayının ikinci bazar günü Milad işiqlandırılması mərasimi keçirilir. Vüqar Bəhmənzadənin ənənəyə halı almış şam ağacı işıqlandırılması mərasimindən xüsusi reportajı.
Amerikanın Səsinə müsahibə verən Praktik Hüquqşünaslar Qrupunun üzvü Səməd Rəhimli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna nəzərdə tutulmuş dəyişiklikləri şərh edib.
6 noyabrda Avropa İttifaqının nümayəndələri ilə görüşən Müsavat Partiyasının başqan yardımçısı Tofiq Yaqublu Amerikanın Səsinə müsahibə verərək yaxın günlərdə imzalanması gözlənilən “Şərq Tərəfdaşlığı” sazişi haqqında fikirlərini bölüşüb.
Lobster tutulması Meyn ştatının ən qədim ənənələrindəndir. Təsadüfi deyil ki, hazırda Meyn ABŞ-ın ən çox lobster istehsal edən ştatıdır. Bu dəfəki verilişimizdə sizə lobsterlərin tutulma və yeyilmə prosesindən danışacağıq.
Amerikanın Səsinə müsahibə verən REAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov Avropa Şurasının Azərbaycanla münasibətlərinin gələcəyinə münasibət bildirib.
REAL Hərəkatının Siyasi məsələlər üzrə katibi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmaması məsələsinin müzakirəsi haqqında danışıb.
Amerikanın Səsinə müsahibə verən hüquqşunas Zaur Qurbanlı İraq və İspaniyada referendum sonrası baş verənləri və xalqların müstəqil olma şərtlərini şərh edib.
Kiyevdə yaşayan Yalçın Qəhrəmanoğlu Amerikanın Səsinə müsahibə verərək Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılan Fikrət Hüseynlinin məhkəmə prosesi haqqında danışıb.
Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Anar Məmmədli Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qətnamələrin mahiyyəti və Azərbaycan-AŞPA münasibətlərinin gələcək prespektivləri haqqında danışıb.
2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro seçildi. Amerikanın Səsinə müsahibə verən şair, tərcüməçi Qismət Rüstəmov mükafat qalibini seçmə prinsipləri və builki nəticələr haqqında danışıb.
Daha çox yüklə