Təranə Vəliyeva İçərişəhərdə yerləşən "27 qm Tarana's small gallery and cafe" nin sahibidir. O, deyir ki, məkan kommersiya məqsədi ilə fəaliyyət göstərmir, daha çox gənc rəssamlara dəstək məqsədilə fəaliyyət göstərir.
"Amerikanın Səsi"nin qonağı bəstəkar və ictimai xadim Cavanşir Quliyevdir. Onunla müasir musiqidən, Azərbaycan musiqisinin indiki vəziyyətindən və öz yaradıcılığından danışmışıq.
Bakıda inkluziv voleybol oyunu keçirilib. İnkluziv voleybol yerdə oturulub oynanılan oyundur. Oyun əlilliyi olan şəxslərlə əlilliyi olmayan şəxslər arasında keçirilib.
Amina Mazqarova Kubaçi sənəti ilə məşğul olur. O deyir ki, Memarlıq və İnşaat Universitetində təhsil alması sənətinə təkan verib.
Gender aktivisti və feminist Nisə Hacıyeva məişət zorakılığı haqqında danışır. Ümumiyyətlə məişət zorakılığı nədir? Hansı növləri var, zorakılığa məruz qalmış şəxslərə necə kömək etmək olar?
Taryel Əhmədov 6 yaşından rəssamlıqla məşğul olur. Rəsmləri daha çox fotorealizm üslübundadır.
Şair Rasim Qaraca öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır. İsti iyul gecələrinin birində o öz oxucuları ilə görüşdə poeziya mövzusunda danışıb.
Flora Hostelinin həmtəsisçisi Türkay Bayramov deyir ki, hostel təsis olunandan bəri onlar inkişafyönümlü tədbirlər keçirməyə çalışıblar. Hosteli qurmaq onların çoxdankı arzusu olub. Hostelin əməliyyat meneceri Elçin Bayramov hosteli "ailə hosteli" kimi təsvir edir.
Xan artıq 20 ildir ki kitabçı kimi çalışır. Hal- hazırda Sumqayıt və Bakıda kiçik kitab dükanları var. Xan Xəzinəsinin digər kitab evlərindən fərqi kitabların ucuz olmasıdır.
Babək Əhmədov 'Ahmedowsky' trionun yaradıcısı və üzvüdür. 2016-cı ildən fəaliyyət göstərən qrupun iki albomu var. Qrup üzvləri Azərbaycanda underground musiqi ilə məşğul olmağın və bu sahədə üzləşilən çətinliklərdən danışır.
İyulun 18-də Emin Qəhrəmanov adına Sənət Qalereyasında fotoqraf-rəssam Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı olub.
Social Innovation Lab 2016-cı ildə təsis olunub və innovasiya sahəsində beynəlxalq proqramlar keçirir. Bu proqramlar vasitəsi ilə startup, yaradıcı layihə ideyaları olan gənclər qlobal fürsətlərə qoşur. Cəsur Həsənov bildirir ki, innovasiya mərkəzində startap ideyası olan gənclər proqramlara qəbul e
Küçə fotoqrafiyası — ictimai yerdə - yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. Bu janrın fəlsəfəsi fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan olduğu kimi əks etdirməkdir. Bəs Azərbaycanda küçə fotoqrafiyası inkişaf edibmi? Bu sahə ilə məşğul olan fot