“Kekalove” əlilliyi olan şəxslər üçün moda nümayişi Bakıda üçüncü dəfə təşkil olunub. Geyimlərin hazırlanmasında və nümayişində onlar bilavasitə özləri iştirak ediblər.
İyulun 13-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə "Tərtər işi" üzrə ardıcıl araşdırma aparan Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə ittiham edilirdi.
İyulun 7-də keçmiş deputat, sahibkar Nazim Bəydəmirli (Məmmədov) mətbuat konfransı keçirərək dövlət məmurlarına qarşı müxtəlif ittihamlar səsləndirib. O, illərdir dövlət qurumları tərəfindən şikayətlərinə baxılmadığını deyir.
Bəxtiyar Hacıyev bu ilin aprelin 21-də naməlum şəxslər tərəfindən oğurlandığını və fiziki zorakılığa məruz qaldığını bildirmişdi. Həmin məsələ ilə bağlı aprelin 25-də xuliqanlıq maddəsilə cinayət işi açılıb. İctimai fəal bildirir ki, o, istintaq hərəkətlərinin aparılmasından narazıdır.
Daha çox yüklə