Dekabrın 8-də və 10-da Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı BMT-nin gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına qoşularaq film nümayişləri keçirib. Fəallıq kampaniyası çərçivəsində "Dəcəl uşaqlar" və "Ölümünə boşanmaq" filmləri nümayiş olunub.
Dekabrın 12-də "Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov inzibati həbsdən sonra azadlığa buraxılıb. Noyabrın 12-də ona 30 sutka inzibati həbs cəzası verilib. Afiəddin Məmmədov Amerikanın Səsinə necə həbs olunduğu və saxlanma şəraiti haqda danışıb.
İctimai fəal Əziz Məmiyev Amerikanın Səsinə müsahibəsində deyir ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada polis tərəfindən zorakılığa məruz qalıb. Fəalın iddiasına görə polis onun gözünə xəsarət yetirib.
Daha çox yüklə