Ukraynada davam edən müharibə bir çox millətin nümayəndələrini bu ölkənin müstəqilliyi uğrunda mübarizəyə səfərbər edib. Onların arasında azərbaycanlı könüllülər də var. Azərbaycanlı hərbçilərin Ukrayna ordusunda iştirakı iki xalq arasında dostluq və həmrəylik bağlarını daha da gücləndirir.
Mukaçevo, qərbi Ukraynada yerləşən və münaqişədən qaçan insanlar üçün təhlükəsiz bir sığınacaq rolunu oynayan bir şəhərdir. Burada könüllülər humanitar yardım, təxliyyə və məskunlaşma kimi sahələrdə fəaliyyət göstərir, həmçinin mülki və hərbi nəqliyyat vasitələrinin təmirini həyata keçirirlər.
Ukraynada üç ildən çoxdur davam edən müharibə ölkənin cəbhə xəttinə yaxın şəhərlərini yerlə bir edib, minlərlə insanı doğma yurd-yuvasından didərgin salıb. Bu müharibənin təsirinə məruz qalanlar arasında uzun illərdir Ukraynada yaşayan azərbaycanlı ailələr də var.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri insanlar həm ordunu, həm də evlərindən didərgin düşən vətəndaşları dəstəkləmək üçün könüllü fəaliyyətlərə qoşulurlar.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlaması ilə Mukaçevo Dram Teatrının fəaliyyəti dayandırıldı. Bəzi teatr işçiləri cəbhəyə yollanıb, digərləri isə könüllü kimi köməklik ediblər. Cəbhə üçün qoruyucu torlar toxuyurdular. Teatrın kollektivi köçkünlərə yardım edən mərkəz də yaradıb
Kyivin tarixi Podil rayonunda “Podilski Şuk” adlı xeyriyyə yarmarkası təşkil edilib. Yarmarkada Ukraynanın müxtəlif bölgələrindən 120-dən çox satıcı iştirak edib və onlar nadir məhsullar da daxil olmaqla müxtəlif mallar təklif ediblər.
Kyiv Uşaq və Gənclər Sarayında Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni əks etdirən “Ukraynanın müstəqilliyi uğrunda müharibə” adlı sərgi təşkil olunub. Sərgidə rus pilotsuz təyyarələrinin və raketlərinin qalıqları, həmçinin Rusiya hərbçilərinə məxsus əşyalar nümayiş etdirilir.
Ukraynanın Milli Tarixi Muzeyində Amerikanın “Weatherman Fondu” tərəfindən təşkil edilən “Azadlıq uğrunda” sərgisi açılıb. Sərgi, Ukraynanın müdafiəsi uğrunda döyüşən xarici könüllülərin xatirəsinə həsr olunub.
Kyivdə hərbi qulluqçuların həyat yoldaşları və anaları üçün art-terapiya keçirilib. Tədbir “Ukrayna Beynəlxalq Diplomatiya Qərargahı” ictimai təşkilatının dəstəyi ilə təşkil olunub və iştirakçılara psixoloji dəstək, həmçinin, yaradıcılıqla məşğul olmaq imkanı yaradıb.
Kyivdə yazın gəlişini simvolizə edən Kolodiy festivalı qeyd olunur. Festivalda ustad dərsləri, sənətkarlıq nümunələri və xeyriyyə tədbirləri təşkil edilib. Ziyarətçilər qədim ənənələrlə tanış olub, müxtəlif sənət növlərini sınayıblar. Tədbir çərçivəsində hərbçilərə dəstək məqsədilə vəsait toplanıb.
Ukraynada 32 ildir yaşayan və tətbiqi incəsənət sahəsində tanınan Rəna Səfərova yaradıcılığı və Azərbaycan mədəniyyətini beynəlxalq tədbirlərdə təbliğ etməsi barədə danışıb. Rəssam bildirib ki, Luqanskın işğalından sonra məskunlaşdığı Kyiv şəhərində incəsənətlə ciddi məşğul olmağa başlayıb.
Kyivdəki Taras Şevçenko muzeyində Rusiyanın Ukraynada müharibə cinayətləri haqda "Rəsmi Qarət" sənədli filminin premyerası baş tutub. Sənədli film ukraynalı jurnalist Yevgeniya Motorevskayanın həmkarlarından ibarət komanda ilə birlikdə jurnalist araşdırmaları əsasında çəkilib.
Kyivdə genişmiqyaslı işğalın üçüncü ildönümü ərəfəsində "DieHard" idman icmasının təşkilatçılığı ilə xeyriyyə qaçışı keçirilib. Ukraynalılar bu yürüşü həlak olmuş əsgərlərin övladlarına yardım edən “Qəhrəmanların Uşaqları” fonduna vəsait toplamaq üçün təşkil ediblər.
Kyiv qalasında "Qəhrəmanca qarşıdurma. Azadlığın yüksək qiyməti" adlı fotosərgi açılıb. Sərgi Ukrayna tarixinin ən faciəvi dövrlərindən birinə – Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümünə həsr olunub. Sərgidə nümayiş etdirilən fotoşəkillərin əksəriyyəti müharibənin ilk günlərində çəkilib.
“İnsanlar” filmi Rusiyanın başladığı müharibədən əziyyət çəkən dinc insanların taleyindən bəhs edir. Yaradıcı heyətin sözlərinə görə, bu film bir çox ukraynalının müharibə dövründə həyatının reallığını əks etdirir və müharibənin acı reallıqlarını dünyaya xatırlatmaq üçün güclü bir mesaj daşıyır.
2023-cü ilin yayında Zaporijye vilayətində gedən döyüşlər zamanı çəkilmiş unikal sənədli film – “Real” artıq Kyiv tamaşaçılarına təqdim olunub. Rejissor və hərbçi Oleq Sentsovun təsadüfən qeydə aldığı kadrlar müharibənin montajsız və effektlərsiz reallığını əks etdirir.
Kyivdə “Sol Sahil Teatrı”nın əməkdaşları tərəfindən xeyriyyə yarmarkası təşkil olunub. Bu, teatr kollektivinin keçirdiyi üçüncü belə yarmarkadır. Tədbirin əsas məqsədi, əvvəllər teatrın işçisi olmuş və hazırda cəbhədə xidmət edən hərbçilərə dəstək üçün vəsait toplamaqdır.
Ukraynada aktiv dekommunizasiya prosesinin başlanması ilə Kyivdə yerli həvəskar tərəfindən yaradılmış Dekommunizasiya Muzeyi keçmiş Sovet dövrünə aid eksponatları bir araya gətirir. Muzeydə müxtəlif heykəllər, məişət əşyaları və digər tarixi artefaktlar nümayiş olunur.
Kyivdə keçirilən “Yanır” xeyriyyə sərgisinin əsas məqsədi, yanğından zərər çəkmiş Ukraynanın döyüş pilotsuz uçan aparatları emalatxanasının bərpası üçün vəsait toplamaqdır. Tədbirdə 37 ukraynalı rəssamın əsərləri nümayiş etdirilir.
Kyivin bir neçə rayonuna edilən raket hücumu nəticəsində yanğınlar və dağıntılar baş verib. Obolonsk, Svyatoşinski və Qoloseyevski rayonlarında inzibati və yaşayış binaları ziyan çəkib, bir nəfər ölüb, dörd nəfər, o cümlədən bir uşaq yaralanıb.
Daha çox yüklə