Martın 6-da Bakıda Alleqoriya Art qrupunun təşəbbüsüylə "Sözlərdən Rənglərə" adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilatçısı Mədinə İlhamın sözlərinə görə, məqsəd insanları incəsənətə məruz qoymaq və yaradıcı şəxsləri daha geniş auditoriyaya çıxarmaqdır.
Dilşad Əliyevanın 7 yaşlı oğlu Sübhan doğuşdan neyroblastoma xərçəngi ilə mübarizə aparır. Anasının sözlərinə görə, oğlu cəmi 45 günlük olarkən onurğa əməliyyatı keçirib. Bu səbəbdən Sübhan illərdir yerimə məhdudiyyəti ilə yaşamaq məcburiyyətindədir.
Narkotik maddə ittihamı ilə mühakimə olunan ictimai fəal Famil Xəlilovun Bakı Ağır cinayətlər məhkəməsində növbəti iclası keçirilib. Yanvarın 30-da baş tutan prosesdə ifadə verməli olan hal şahidi iştirak etməyib.
Saxta pul hazırlama və ya əldə etmə maddəsi ilə ittiham olunan, İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər məhkəməsində davam edib. Yanvarın 24-də baş tutan iclasda müdafiə tərəfi məhkəməyə bir neçə vəsatət təqdim edib.
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Qanunsuz tikinti maddəsi ilə ittiham olunan jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı əvvəlki prosesdə verilmiş vəsatəti təmin olunmayıb.
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində Meydan TV internet kanalının əməkdaşı Natiq Cavadlının ev dustaqlığına buraxılmaması ilə bağlı verilmiş qərardan şikayətə baxılıb. Məhkəmə Xətai Rayon Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.
Yanvarın 22-də ictimai fəal Bəhruz Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb.
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti məhkəmə prosesi keçirilib.
Yanvarın 15-də Yasamal rayon məhkəməsində siyasətçi Azər Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Siyasətçinin vəkili Aqil Layıc bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.
Yanvarın 10-da İstanbul Universitetinin doktorantı Fazil Qasımovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayət Məhkəməsində baş tutan iclasda Fazil Qasımov bu dəfə də ifadə verə bilməyib.
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı Həmzə Məmmədli barəsində hökm oxunub. 33 yaşlı Həmzə Məmmədli O, 2023-cü ilin iyulunda Azərbaycana öz toyuna gələrkən hava limanında saxlanılıb.
Dekabrın 28-də “Abzas Media” işi üzrə ilk baxış iclası keçirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan prosesdə müdafiə tərəfi bir sıra vəsatət təqdim edib.
Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun növbəti məhkəmə prosesi keçirilib. İclasda istintaq sənədlərində adı çəkilən iki hal şahidindən yalnız biri iştirak edib.
İlin sonuna doğru yeni başlanğıcların ümidini daşıyan Miqrantlar Günü evindən uzaqda olan hər kəsin keçmişi ilə gələcəyini bağlayan bir körpü kimi dəyərləndirilir. Sosial-iqtisadi çətinliklər, siyasi səbəblər, keyfiyyətli təhsil üçün bir çox azərbaycanlı əsasən inkişaf etmiş ölkələrə üz tutur.
2024-cü il sona yaxınlaşır. Bu il Azərbaycanda ictimai-siyasi müstəvidə bir çox mühüm hadisə baş verib. Bəs hansı hadisələr ölkə vətəndaşlarının yadında qalıb? Amerikanın Səsi paytaxt sakinləri arasında sorğu keçirib.
Dekabrın 17-də ictimai fəal, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutub.
Dekabrın 14-də Bakıda diplomatik icma tərəfindən Beynəlxalq Qış Xeyriyyə Yarmarkası təşkil edilib. İsveçrə səfirliyinin nümayəndəsi Şararreh Huber bildirib ki, bu yarmarka diplomatik missiya rəhbərlərinin xanımları tərəfindən təşkil olunub və artıq səkkizinci dəfədir ki, keçirilir.
Dekabrın 13-də siyasətçi Azər Qasımlı barəsində Yasamal rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində baş tutmuş iclasda hakim mmüdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib.
Dekabrın 12-si "Meydan TV"nin əməkdaşı Aysel Umudovanın Bakı Apellyasiya məhkəməsində iclası baş tutub. Məhkəmədə müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin Aysel Umudova haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından şikayət verib.
Dekabrın 11-i keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin apellyasiya məhkəməsində növbəti iclası baş tutub. Prosesdə müdafiə tərəfinin təqdim etdiyi Nazim Bəydəmirli barəsində çıxarılan 8 il həbs qərarı ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Bəydəmirli haqqında çıxarılan hökmü qüvvədə saxlayıb.
Daha çox yüklə