69 yaşlı Nadejda Potaenko bir vaxtlar məktəbdə rus dili və ədəbiyyat müəllimi kimi işləyib. 30 ildən çox pedaqoji fəaliyyət göstərən bu qadın təqaüdə çıxandan sonra həyatında yeni bir səhifə açıb. Uşaqlıqdan bəri maraq göstərdiyi əl işləri ilə məşğul olmağa, xüsusilə gəlinciklər tikməyə başlayıb.
Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsi sakinlərinin illərdir davam edən su problemi ilə bağlı narazılıqları yenidən gündəmə gəlib. Oktyabrın 21-də bir qrup sakin "Azərsu"nun binası qarşısında toplaşaraq suyun olmamasından şikayət ediblər.
Oktyabrın 18-i Səbail rayon məhkəməsində ictimai fəal Bəhruz Səmədovun məhkəmə prosesi olub. Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclas gənc activist Bəhruz Səmədova qarşı təzyiqlərin araşdırılması ilə bağlı idi.
121 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti məhkəməsi keçirilib. Oktyabrın 10-u Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkəmə prosesi baş tutub.
Azərbaycanda incəsənətin vəziyyəti nə yerdədir? İncəsənət institutlarının rolu nədir? Oktyabrın 9-da Salaam Cinema sənətsevərlərlə bu mövzuda açıq müzakirə keçirib.
123 il əvvəl Hacı Zeynalabdin Tağıyev tərəfindən açılan Qız Məktəbi Azərbaycanda qadın təhsilinə yeni bir səhifə yazıb. İlk dəfə qızlar kişilərlə bərabər təhsil almaq imkanına sahib olublar. Bəs bu gün ölkədə qızların təhsili hansı səviyyədədir?
Oktyabrın 2-dən etibarən Bakıda Azərbaycanın ən böyük animasiya tədbirlərindən biri olan VII Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilir. Festival Mədəniyyət Nazirliyinin yeni təşəbbüsü "Baku Cinema Breeze" çərçivəsində Azərbaycan kinoteatrında baş tutur.
Lamasya Futbol Klubu artıq 3 ildir Bakıda fəaliyyət göstərir. Klubun məşqçisi Novruz Mustafayev uşaq futbolunun qarşısındakı problemlərə diqqət çəkir.
Azərbaycanın su ehtiyatları kifayət qədərdirmi? Yaxın illərdə su qıtlığı təhlükəsi varmı? Ekoloq Sadiq Həsənov Amerikanın Səsinə Azərbaycanın üzləşdiyi su problemi haqda danışıb.
Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova deyir ki, Səmədov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb.
Artıq 4 il yarımdır ki Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Yük daşıma prosesləri üçün quru yollar açıq olsa da, vətəndaşlar qonşu ölkələrə üz tutmaq üçün ancaq hava yollarından istifadə edə bilər.
Artıq 4 il yarımdır ki, Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Bəs quru sərhədlərin bağlı qalması əhalinin iqtisadi durumuna necə təsir göstərir? İqtisadçı Xalid Kərimli deyir ki, hər hansısa məhdudlaşma tədbirləri ümumilikdə ölkənin iqtisadiyyatı üçün zərərli prosesdir.
Son bir il ərzində vətəndaş cəmiyyəti və media qurumlarına açılan cinayət işlərində adı çəkilən və ya dindirilən şəxslər arasında gənclərin adı tez-tez hallanır. Söhbətləşdiyimiz bir neçə fəal bu dövrdə yaşadıqları problemlərdən bəhs edib.
Son günlərdə Bakıda müşahidə olunan tozlu hava şəraiti və noyabr ayında keçiriləcək COP29 iqlim konfransı öncəsində Azərbaycanda, xüsusilə də paytaxtda havanın keyfiyyəti aktuallaşıb.
Azərbaycanın nəqliyyat qovşağına çevrilmə perspektivləri ölkəyə nə vəd verir? Bu, əhalinin rifahına necə təsir göstərəcək? Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Amerikanın Səsinə bu mövzuda danışıb.
Azərbaycanda bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri və sentyabrda baş tutmuş növbədənkənar parlament seçkiləri ölkədəki müxalifət partiyalarının fəaliyyətini yenidən gündəmə gətirdi. Bəs müxalifət partiyaları bu gün hansı şəraitdə fəaliyyət göstərir?
Sentyabrin 1-i Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bundan öncəki çağırışda Milli Məclisdə 21 qadın deputat təmsil olunurdu. Bəs qadınların Milli Məclisdə aktiv təmsil olunmamasının səbəbi nədir? Ümumiyyətlə, Azərbaycanda qadınların siyasətdə rolu nə dərəcədə effektivdir?