İncəsənət duyğuların ifadəsi ilə yanaşı, sosial reallıqları da ortaya qoyur. Rəssamlar öz əsərləri ilə həm də sosial problemləri, xüsusilə, gender bərabərsizliyi, qadınlara qarşı ayrıseçkilik, erkən nikah kimi problemləri işıqlandırmağa çalışırlar.
Xalçaçılıq və toxuculuq Azərbaycanda sadəcə bir sənət deyil, həm də ənənəvi peşədir. Əsrlər boyu evlərdə toxunub, satılıb, miras kimi ötürülüb. Bu gün isə bu sənət müasir dövrün tələbləri ilə üz-üzədir.
Azərbaycanın məşhur rok qrupu “Yuxu” yenidən fəaliyyətə başlayır. Qrupun zərb alətləri ifaçısı Çingiz Eyvazov bunun həm qrupun yaradıcısı İbrahim Eminin, həm də onun arzusu olduğunu deyib. O, artıq yeni heyətlə məşqlərə başladıqlarını və gələcəkdə konsert planları olduğunu da bildirib.
Son dövrlərdə, xüsusilə, COVID-19 pandemiyasından sonra Azərbaycan muzeylərində ziyarətçi sayında əhəmiyyətli azalma müşahidə olunub. Sənətşünas Alvina Süleyman muzeylərin qiymət baxımından əlçatan olduğunu deyir. Bəs gəncləri bu məkanlara çəkə bilmək üçün nə çatışmır?
Azərbaycan məktəblərində rəsm, musiqi dərsləri digər fənlərə nisbətən daha az diqqət görür. Valideynlər də çox vaxt bu dərsləri ciddi qəbul etmir, nəticədə uşaqların yaradıcılıq imkanları ikinci plana keçir.
İncəsənət sahəsindəki ən böyük problemlərdən biri də sənət menecerlərinin olmamasıdır. Sənətçilər bu problemin təkcə onların işlərini tanıtmaqda deyil, həm də yaradıcılığın inkişafında ciddi əngəllər yaratdığını deyirlər.
Tarix boyu sənət adamları öz yaradıcılıqları ilə həm də sosial dəyişikliklərin öncülləri olublar. Bu gün də incəsənət yalnız estetik deyil, həm də güclü bir sosial təsir vasitəsidir. Sənətçilər öz əsərləri ilə ədalətsizliklərə diqqət çəkirlər.
Son aylarda Azərbaycanda çəkilən "Vətəndaş A" serialı qızların təhsili, cəmiyyətdə iştirakçılığı, gender bərabərliyi kimi mövzuları gündəmə gətirdi. Serialda Almaz obrazını canlandıran Günəş Tegin müasir dövrdə qadınların üzləşdiyi problemlər haqda danışdıq.