ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə prezident Trampın ikinci dönəm hakimiyyəti dövründə xarici siyasət prioritetləri və ABŞ-Azərbaycan münasibətlərindən gözləntilər haqda danışıb.
Vaşinqtonda ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin Türkiyə və Mərkəzi Asiyanın beş ölkəsinin səfirlikləri ilə birlikdə təşkil etdiyi Novruz bayramı tədbiri keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.