Azərbaycanın qədim mədəniyyət mirası olan kəlağayı sənətinə diqqət çəkmək məqsədilə keçirilən festivalda Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş rəngarəng kəlağayılar sərgilənib.
Yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bakı sakinlərindən öz bələdiyyə üzvlərini tanıyıb-tanımadıqlarını, bələdiyyənin fəaliyyyətini necə qiymətləndirdiklərini soruşduq.
25 Noyabr Qadına qarşı zorakılığa qarşı mübarizə günüdür. Bakı sakinlərindən qadınlara qarşı fiziki zorakılığın qarşısını almaq üçün hansı tədbirlərə ehtiyac olduğunu soruşduq.
Ramin Namazovun sığınacağı xəstə və qəzaya düşmüş onlarla küçə itinə ikinci ev olur, onların sağalması üçün hər gün çalışır. O, uşaqlıqdan heyvan sevgisi ilə yaşayıb və itlərin qayğısını öz şəxsi büdcəsi və digər heyvansevərlərin dəstəyi ilə təmin edir.
APA-nın verdiyi məlumata görə, Azərbaycan Hesablama Palatası növbəti il üçün dövlət büdcəsi qanun layihəsində orta əməkhaqqının 9,1 faiz artacağını proqnozlaşdırır. Sakinlərdən belə bir artım olduğu halda dolanışığa necə təsir edəcəyini soruşduq.
2023-cü ildə Azərbaycanda 778 qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəlikdən peyvənd vasitəsilə qorunmağın mümkün olduğunu bildirsə də, HPV peyvəndi Azərbaycanda dövlət tərəfindən pulsuz təmin edilmir və qiyməti 300-500 manat arasında dəyişir.
Ayəddin Abdullayev İkinci Qarabağ müharibəsi qazisidir. Aldığı yaralardan sonra əmək qabiliyyətini itirib və ailəsi ilə birlikdə çətin şəraitdə yaşayır. O, dövlətin sosial dəstəyinin yetərsizliyindən şikayətlənərək, pensiyanın və yardımların ehtiyaclarını qarşılamağa çatmadığını bildirir.
Alatava qəsəbəsində 11 ailə etiraz aksiyası keçirib. Sakinlər evlərinin icazəsiz sökülməsinə və kompensasiya məsələlərinin ədalətsiz şəkildə həll edilməsinə qarşı çıxıblar.
Oktyabrın 21-də yağan güclü yağış Binəqədi qəsəbəsindəki kanalizasiya sisteminin yüklənməsinə səbəb olub. Sakinlərin dediyinə görə, suyun qarşısını almaq mümkün olmadığından onların evləri və iş yerləri zərər görüb, bir çox ailə məhdudiyyətlər altında yaşamağa məcbur qalıb.
Deqədi kəndinin 72 yaşlı sakini Mahirə Əliyeva hər qış odun doğrayaraq qızınmağa məcbur qalır. Kənddə qaz xətti olsa da, əhali evlərinə qaz çəkdirə bilmir, çünki dövlət qurumları sənəd tələb edir.
Astarada naringi yığımı mövsümü başlayıb. 62 yaşlı Qızılgül Əliyeva pandemiya səbəbindən sərhədlərin bağlanması ilə məhsulunu xarici bazara çıxara bilmədiyini bildirir. Qonşusu Mirəli Əliyev də mövsümdən gözləntilərinin qarşılanmadığını vurğulayır.
Astarada xalçaçılıq sənətini yaşadan nadir sənətkarlardan olan Şahxanım Zülfüqarova, ömrünü bu sənətə həsr edib. O, xalçaçılıqda əl işlərinə maddi dəyər verilməməsindən gileylidir və dövlətin dəstəyinə ehtiyac duyur.
Rəssam Elmail Qulami karikaturaçıdır. O, karikaturaları vasitəsilə cəmiyyətin müxtəlif problemlərini və gündəlik həyatın incəliklərini əks etdirməyə çalışır.