Təbriz Bələdiyyə muzeyinin boşaldılıb binasının yeni seçilmiş İslami Şəhər Şurası üzvlərinin istifadəsinə ayrılması ilə bağlı qərar şəhər sakinlərinin etirazlarına səbəb olub.
80-dən artıq təbrizli sənətkar, yazar və universitet müəllimi açıq məktub yazaraq şəhər şurasının qərarını qınayaraq, onu qeyri-mədəni bir addım kimi qiymətləndirib.
Verilən məlumata istinadən Təbrizin şəhər şurası üzvlərinin sayı 11-dən 21-ə çatdırılaraq artırıldığı üçün onların muzeyin binasında yerləşdirilməsi haqda qərar verilib.
Muzey 2007-ci ildə İran tarixində ilk bələdiyyə olan Təbriz bələdiyyəsinin 100-cü ildönümü münasibəti ilə Təbriz Bələdiyyə Sarayının zirzəmisində təsis edilmişdi.