(Yuxarıdakı video Amerikanın səsinin YouTube kanalına da yüklənib. Youtube videosuna məqalənin sonundan baxa bilərsiniz.)
Dünyanın ən böyük radar sistemlərindən biri olan Qəbələ RLS SSRİ-nin raketdən müdafiə sisteminin ən vacib elementlərindən hesab olunurdu və bu stansiya 1991-ci ildə Sovet İttifaqı dağılanda Azərbaycan Respublikasının dövlət mülkiyyəti oldu.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyir ki, yaxın gələcəkdə razılıq əldə olunacaq: “Danışıqlar davam edir. Ümumilikdə heç bir fikir ayrılığı yoxdur. Fikrimcə hər iki tərəfin razılaşmalı olduğu yeganə məsələ ödənişlə bağlıdır. Azərbaycan müqavilənin uzadılmasının tərəfdarıdır. Rusiyadan da eyni təşəbbüsü görürük. İnanmıram ki, tərəflər əməkdaşlığı dayandırsın. Hər iki tərəfin burada mənfəəti var”.
Hazırda Rusiya 2002-ci ildə 10 il müddətinə imzalanan sazişə əsasən ildə 7 milyon dollar ödəyir. Radar 6 min kilometri əhatə edir və Hind okeanı, İran da daxil olmaqla Yaxın Şərq və demək olar ki, bütün Şimali Afrikanı izləyə bilir.
Ancaq Azərbaycanda çoxları ətraf mühit və təhlükəsizlik məsələləri səbəbilə Qəbələ radar
Telman Zeynalov deyir ki, radar stansiyasının mövcudluğuna dair hazırki siyasi inkişaflar yerli sakinlər üçün böyük təhlükədir.
İranla həmsərhəd olan Azərbaycanı ABŞ və İsraillə ikitərəfli əlaqələri olan dünyəvi hökumət idarə edir.
Son aylar İran və Azərbaycan arasında gərginlik artmaqdadır. Bu gərginlik xüsusilə İranın nüvə aliminin öldürülməsindən sonra daha da artıb. Tehran hadisəyə görə ABŞ və İsrailin məsuliyyət daşıdığını irəli sürür.
Fevral ayında İslam Respublikası Azərbaycanı İsrail kəşfiyyat agentlərinə İranın nüvə alimi Mustafa Əhmədi-Rövşənin qətlini həyata keçirməyə köməkdə ittiham edib. Alim avtomobilinə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olmuşdu.
2007-ci ildə Moskva Vaşinqtonun Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sisteminə alternativ olaraq Qəbələdən birgə istifadə təklifini irəli sürmüşdü. Ancaq ABŞ bu təklifi rədd etmişdi.