Ailəsi Ərdəbildə saxlanılan “Traktor” komandasının azarkeş qrupunun lideri Saman Bidarın durumundan xəbərsizdir

Saman Bidar (Mənbə: X sosial şəbəsi)

Təxminən 10 gün əvvəl Ərdəbildə saxlanılıb, daha sonra Təbrizdə bir təhlükəsizlik təcridxanasına köçürülən “Traktor Azərbaycan” azarkeş qrupu liderlərindən olan Saman Bidarın ailəsinin onun vəziyyətindən xəbərsiz olduğu bildirilir.

Bu barədə bazar günü “Traktor” futbol komandasının tərəfdar kanalları və milli fəalın yaxınları tərəfindən məlumat yayılıb.

Komandanın tərəfdar qruplarının idarə etdiyi Telegram kanallarında yazılanlara görə, mart ayının 1-də İranın İnqilab Qvarsiyasının (Sepah) təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəala ailəsi ilə təmas qurmaq imkanı verilməyib.

Bidarın hansı ittihamlar səbəbindən tutulduğu barədə də məlumat yoxdur.

Traktor komandasının digər azarkeş qrupu lideri Kazım Səfabəxş bazar günü öz X səhifəsində Saman Bidarla birgə fotosunu paylaşaraq yazıb ki, “8 gündür nə zəng vurmusan, nə mesaj atmısan. Sənin təhlillərin üçün çox darxımışam.” Səfabəxş paylaşımında #SamanBidarAzadOlsun həştəqindən istifadə edib.

SEE ALSO: Təbrizdə üç mədəni fəal Ümumi və İnqilab Prokurorluğuna çağırılıblar

Bidar bundan əvvəl də idman və mədəni sahələrdə göstərdiyi fəaliyyətlərindən dolayı İranın təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalıb.

Türk fəallar son vaxtlar “Taktor Azərbaycan” futbol komandasının tərəfdarlarına qarşı təzyiqlərin yenidən artdığını bildirirlər.