İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, o, ABŞ-ın iki ölkə arasında danışıqlara dair çağırışını rədd edir, çünki danışıqlar İran raketlərinin məsafəsinə və onun regiondakı təsirinə məhdudiyyətlər qoymaq məqsədi daşıyacaq.
Şənbə günü bir qrup məmur qarşısında çıxış edən Xamenei ABŞ-ın adını çəkməyib, amma "bullinq edən hökumətin" danışıqlara təkan verməkdə israrlı olduğunu deyib.
"Onların danışıqları problemlərin həllinə yönəlməyib, onlar... masanın əks tərəfində oturan qarşı tərəfə istədiklərini tətbiq etmək məqsədilə danışmaq üçündür" o deyib.
Xameneinin açıqlamaları Prezident Donald Trampın Xameneiyə Tehranla onun sürətlə irəliləyən nüvə proqramını məhdudlaşdırmaq və hakimiyyətdə olduğu ilk müddətdə ABŞ-ı çıxardığı nüvə sazişini əvəz etmək üçün yeni razılaşma əldə etmək istədiyi bildirdiyi məktub göndərdiyini etiraf etməsindən bir gün sonraya təsadüf edib.
Xamenei ABŞ-ın tələblərinin hərbi xarakter daşıyacağını və İranın regional nüfuzu ilə əlaqədar olacağını bildirib.
“Onlar müdafiə qabiliyyəti, ölkənin beynəlxalq imkanları ilə bağlı olacaq” o deyib. Onlar İranı “işlər görməməyə, bəzi insanlarla görüşməməyə, müəyyən yerlərə getməməyə, bəzi əşyaları istehsal etməməyə çağıracaqlar, raketlərin atış məsafəsi müəyyən məsafədən çox olmamalıdır deyəcəklər. Bunları kimsə qəbul edə bilərmi?”
Bütün dövlət məsələlərində son sözə malik Xamenei belə danışıqların İran və Qərb arasında problemlərin həllinə toxunmayacağını deyib. Xamenei heç bir şəxsin və ya ölkənin adını çəkməsə də, danışıqlarla bağlı çağırışın ictimai rəydə İrana təzyiq yaratdığını bildirib.
“Bu, danışıqlar deyil. Bu, əmr və məcburiyyətdir,” o deyib. dedi.
Trump cümə günü Oval Ofisdə jurnalistlərlə danışarkən birbaşa olaraq məktubu qeyd etməyib. Lakin o, üstüörtülü bir şəkildə mümkün hərbi əməliyyata istinad edərək deyib ki: “İranla bağlı elə bir vəziyyətimiz var ki, çox yaxında nəsə baş verəcək. Çox, çox tezliklə."
Trampın təklifi İsrail və ABŞ-ın İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəkləri barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir ki, bu da, Tehran uranı silah səviyyəsinə yaxın səviyyədə zənginləşdirdiyi üçün hərbi qarşıdurma ilə bağlı narahatlıqlara səbəb olub. Uranı silah səviyyəsinə yaxın səviyyədə yalnız atom silahı olan dövlətlər zənginləşdirir.
Tehran uzun müddətdir ki, proqramının dinc məqsədlər üçün olduğunu iddia edir.