Tramp HƏMAS-la birbaşa danışıqları təsdiqlədi

Prezident Donald Tramp administrasiyasının ABŞ-ın terrorist qrupu olaraq tanıdığı HƏMAS-la yerdə qalan girovların qaytarılması üzrə danışıqlar apardığını təzdiqləyib. Tramp həmçinin onların dərhal sərbəst buraxılmadıqları halda Qəzzada ağır bədəl ödəniləcəyinə dair ultimatimunu təkrarlayıb.

“Özünüz görəcəksiniz,” deyə Tramp Oval Ofisdə müxbirin bununla nəyi nəzərdə tutduğu barədə sualına cavabda deyib.

Tramp çərşənbə günü azad edilmiş İsrail girovları ilə görüşünü vurğulayıb.

“Dünən bizim çıxardığımız bir çox adamlarla çoxlu vaxt keçirmək şərəfinə nail oldum və onlarla nə cür pis rəftar edildiyi inanılmazdır,” Tramp bildirib.

Prezidentin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Ağ Evdə müxbirlərə bildirib ki, “İsraillilərlə birlikdə” administrasiya tərəfindən “bəzi ölçülər götürülə” bilər.

“HƏMAS-ın dərrakəli şəkildə davranmaq, düzgün olanı etmək, və çıxıb getmək fürsəti var,” deyə Vitkoff ABŞ və İsrailin HƏMAS-ın post-müharibə Qəzzasında heç bir siyasi və hərbi rol oynamayacağına dair tələblərini şərh edərkən bildirib.