Türkiyənin milli müdafiə naziri Azərbaycana səfər edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar (Rəsmi foto)

Oktyabrın 4-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı Atilla Gülan və başqa yüksək rütbəli zabitlər müşayət edir.

Xəbərdə deyilir ki, iki ölkənin müdafiə nazirləri arasında təkbətək və geniş tərkibdə görüş olub.

“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda sülh və sabitlik üçün tarixi bir fürsət pəncərəsi açıb,” Türkiyənin milli müdafiə naziri qeyd edib.

Türkiyə milli müdafiə nazirinin Azərbaycana səfəri İsrail müdafiə nazirinin rəsmi səfəri ilə eyni günə təsadüf edir.