Bu yay səkkiz amerikalı tələbə Bakıda Azərbaycan dili biliklərini təkmilləşdirəcək

Bu yay səkkiz gənc amerikalı Bakıda yaşayacaq və Azərbaycan dili biliklərini təkmilləşdirmək üçün dərslər alacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, amerikalı tələbələr artıq Bakıya gəlib.

"Biz bu gözəl dili öyrənən daha çox amerikalı görməkdən məmnunuq. Uğurunuz bol olsun, tələbələr!" səfirliyin məlumatında qeyd edilir.