Umud Şükri Türkiyənin regional enerji təmaslarını təhlil edir
Your browser doesn’t support HTML5
Suriyada Bəşar əl-Əsəd hökümətinin muxaliflərinə qarşı Rusiya və İranın hərbi əməliyyatları gücləndirməsi fonunda Rusiyanın hava hücumlarına başlaması və rus hərbi təyyarələrinin Türkiyə hava hüdudlarına daxil olması Suriya müttəfiqləri ilə Türkiyə arasında gərginliklərin dərinləşməsinə səbəb olub. Enerji eksperti Umud Şükri Amerikanın Səsi ilə söhbətdə həmin ölkələr arasındakı enerji ticarətinin mövcud gərginliklərdən məruz qala biləcəyi təsirləri dəyərləndirib.