"Vriendly" - təhsil sistemini demokratikləşdirməkdə daha bir addım
"Vriendly" startapı 2018-ci ilin mart ayından fəaliyyətə başlayıb. Startapın əsas məqsədi təhsil sistemini demokratikləşdirmək olub. Həmtəsisçilərdən Kamran Qurbanlı deyir ki, minilliklərdir insanlar divarlar arasında təhsil alırlar və artıq bu model dəyişməlidir, zamanın tələbidir ki, təhsildə daha dinamik, daha funksional vasitələr istifadə olunsun. Təhsilin çatdırılmasında sosiallaşmanın çox önəmi var, bir insan oturub evdə sadəcə kontentə baxmaqla mövzunu dərindən öyrənə bilmir. Məhz buna görə, Vriendly-yə multiplayer məntiqi gətirilib və artıq tək nəfər yox, paraleldə bir neçə nəfər qoşulub bir yerdə kontenti müzakirə edib, bir yerdə öyrənə bilirlər. Bunun üçün insanların fiziki olaraq bir yerdə olmaqlarına ehtiyac yoxdur. Dünyanın hər yerindən insanlar eyni kontentə qoşula bilərlər.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi