“Çörəyi ağzımda çeynəyib, xəmir düzəldirdim. İlk dəfə, o xəmirlərlə balaca heykəllər düzəltməyə başladım,” deyə Ruhi Tuna heykəltaraşlığa doğru atdığı ilk addımı təsvir edir. Bunu edərkən 16 yaşlı Ruhi siyasi fəaliyyətləri üzündən Qərbi Azərbaycan vilayətində Qoşaçay zindanında idi. Ruhi Tunanın yonduğu heykəllər sənətkarın ruhuna hopmuş milli ideologiyanı, vətən sevgisini aşkar büruzə verir. Amerikanın Səsinə müsahibədə həyat və peşə yolunu nəql edən istedadlı heykəltaraş hələ Təbrizdə ikən Səttar Xan, Bağır Xan kimi Məşrutə hərəkatı liderlərinə heykəl düzəltdiyini, daha sonra isə vətənpərvər mövzuda sənətkarlığı başqa görkəmli milli xadimlərə genişləndirdiyini deyir.
Ruhi Tuna - Torontoda azərbaycanlı heykəltaraş

10
Füzuli

11
Sebuah kendaraan lapis baja milik militer Ukraina berpatroli di sebelah utara kota Slovyansk di Ukraina timur (13/5).

12
Edamdan sonra

13
Dr. Cavad Heyət