"Polis məni də, özünü də öldürmüş ola bilərdi"
İyunun 9-da saxlanılan ictimai fəal Qiyas İbrahimov sabahsı gün səhər saatlarında sərbəst buraxılıb. Nizami rayon Məhkəməsi hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə Qiyas İbrahimovu inzibati qaydada 50 manat cərimə edərək sərbəst buraxıb. Qiyas İbrahimov məhkəmənin qərarı ilə razılaşmır və hər hansı qaydanı pozmadığını bildirib. İctimai fəal iyunun 9-da polis zorakılığına etiraz olaraq aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də DİN!” şüarı yazılmış plakat asıb. İbrahimov bununla polisin iyunun 8-də Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi əməliyyat zamanı qanunsuzluqlara etirazını bildirib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi