Accessibility links

Pakistan Orakzay əməliyyatını davam etdirir


Pakistan Orakzay əməliyyatını davam etdirir
Pakistan Orakzay əməliyyatını davam etdirir

Bugünkü hücumlar zamanı 9 yaraqlının öldürüldüyü bildirilir

Artıq üçüncü gündür ki, ölkənin şimal-qərbindəki yaraqlıları hədəf alan Pakistan qüvvələri hava hücumu nəticəsində 9 yaraqlını öldürdüklərini bildiriblər. Bu gün hərbi vertolyotlar Orakzay ucqar regionunda yaraqlıların istehkamlarına hücum ediblər. Taliban yaraqlılarının Cənubi Vəziristandakı hərbi əməliyyatlardan qaçaraq bu istehkamda gizləndiyi ehtimal edilirdi. Pakistan ordusu Taliban yaraqlılarını ələ keçirmək üçün Orakzayda hərbi əməliyyata başlayıb. Bu günə qədər 100-ə yaxın militantın öldürüldüyü bildirilib. Dünən Orakzayda yaraqlıların hərbi yoxlanış məntəqəsinə hücumu zamanı 5 əsgər həlak olmuşdu. Əsgərlərin əks hücumu isə ən azı 32 yaraqlının həyatına son qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG