Milyon dollarla harada foto çəkdirmək olar?
ABŞ-da mövcud olan 12 Federal Ehtiyatlar Fondundan biri də Çikaqo şəhərində yerləşir. Bu binanı çikaqolular üçün maraqlı edən səbəb təkcə onun mərkəzi bank funksiyasını həyata keçirməsi deyil, həm də tərkibində olan pul muzeyidir. Hər gün saat 8:30-dan axşam saat 5-ə qədər fəaliyyət göstərən muzeydə ABŞ-ın maliyyə tarixi ilə tanış olmaq mümkündür. Burada 1600-cü illərdən başlayaraq günümüzə qədər olan müddətdə Amerikada çap edilərək istifadə olunmuş pul əskinaslarını yaxından izləmək olur. Muzey həmçinin ziyrətçilərə $1,000,000 dolu çanta ilə ödənişsiz foto çəkdirmək kimi bir xidmət də təklif edir.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi