Dünyanın hər yerindən günün ən maraqlı fotoları
Günün fotoları

1
ABŞ-ın birinci xanımı Cill Bayden Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenska ilə Ujqorodda məcburi köçkün şagirdləri qəbul edən 6 nömrəli məktəbin qarşısında görüşür.

2
Polohı yaxınlığında kiçik bir kənddən qaçan kişi Ukraynanın Zaporojjya şəhərində məcburi köçkünlərin qəbulu mərkəzinə gəldikdən sonra istirahət edir.

3
Şri-Lanka - Kolombo şəhərində bütün gecəni təchizat üçün növbə gözləyən qəzəbli kütlə yük maşınından qaz balonlarını götürüb aparır.

4
Macarıstan - Tamaşaçılar Giro d'Italia 2022 velosiped yarışının Kaposvar və Balatonfured arasında 201 km-lik üçüncü mərhələsinə start verilərkən velosipedçiləri alqışlayır.