Dünyanın hər yerindən günün ən maraqlı fotoları
Dünyadan görüntülər
Dünyanın hər yerindən günün ən maraqlı fotoları

1
Fransa - Etirazçılar ölkənin qərbində Nant şəhərində əllərində tüstü bombaları və "20 yaşda təqaüd" yazılmış plakat tutaraq, ənənəvi 1 May mitinqində iştirak edirlər.

2
Kuba - Havanada minlərlə insan 1 May günü İnqilab Meydanına yürüş edir.

3
Ukrayna - Rusiya ordusu tərəfindən öldürülən İrpin Ərazi Müdafiə qüvvələrinin əsgəri, 31 yaşlı Oleksandr Mojeykonun anası paytaxt Kyiev ətrafında İrpin qəbiristanlığında onun məzarı başında ağlayır.

4
Buddist rahiblər Kolomboda ölkədə iqtisadi böhranla əlaqədar hökumətə qarşı nümayiş keçirən vətəndaşlarla həmrəyliklərini ifadə edir.