Azərbaycanda reklam bazarı niyə axsayır?
Orxan Kərimov "Endorphin" reklam agentliyinin rəhbəridir. O, bildirib ki, Azərbaycanda reklam bazarı inkişaf etməyə davam edir. Lakin qonşu ölkələrdən geri qaldığımızı deyir. Bunun səbəbi kimi, bu sistemi tənzimləmək üçün şuranın olmamasını göstərib. Bizim universitetlərdə reklam sahəsi ilə bağlı tədris keçirilmədiyi üçün, özəl və ya dövlət sektorunda reklam məktəbləri olmadığına görə insanlar yetişmir. Buna görə də düzgün briflər hazırlanılmır. Düzgün brif yoxdursa, bu o deməkdir ki, keyfiyyətli işin alınma ehtimalı da aşağı düşməyə başlayır. Hal hazırda bizim şirkətlərimizin işlərində uzunmüddətli plan yoxdur. Biz buna reklam mədəniyyəti deyirik, reklam mədəniyyəti yoxdur.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi