Accessibility links

ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə səfirliyin Facebook səhifəsində yayımlanan məlumatda qeyd olunur.

“Bu bayram Müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır. Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edirik!” təbrikdə deyilir.

İyulun 20-də Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG