Accessibility links

ABŞ hökumətinin qapanmasının qarşısını almaq üçün vaxt azalır


Senatın çoxluq lideri Con Tun. 11 mart, 2025. Vaşinqton.
Senatın çoxluq lideri Con Tun. 11 mart, 2025. Vaşinqton.

ABŞ qanunvericilərinin hökuməti 14 mart son möhlət tarixindən sonra maliyyələşdirəcək müvəqqəti büdcə ilə bağlı qanun layihəsini qəbul etməsi üçün vaxt azalır.

"Demokratlar qərar verməlidir ki, onlar Nümayəndələr Palatasından gələn büdcə layihəsini dəstəkləyəcəklərmi yoxsa hökuməti bağlayacaqlarmı? Hələ ki, belə görünür onlar hökuməti bağlamağı planlaşdırır,” Senatın çoxluq lideri Con Tun cümə axşamı Senatda deyib.

Qanun layihəsinin qəbul edilməsi üçün Senatda 60 üzv onun lehinə səs verməlidir. Bu isə o deməkdir ki, Respublikaçıların ən azı səkkiz Demokratın səsinə ehtiyacı var.

Senatın azlıq lideri Çak Şumer Senatı büdcə layihəsinin Demokratların iştirakı ilə hazırlanan əvvəlki versiyasını qəbul etməyə çağırıb.

“Hökuməti maliyyələşdirmək ikipartiyalı səy olmalıdır. Ancaq Respublikaçılar təkpartiyalı bir yol seçərək, müvəqqəti qanun layihəsini Konqresdəki Demokratların heç bir əlavəsi olmadan hazırlayıb,” Şumer çərşənbə günü Senatda bildirib.

Demokrat senatorlar deyir ki, onlar Tramp administrasiyasına federal hökumət və sosial təminat proqramlarına genişmiqyaslı dəyişiklikləri davam etməsinə yol açmaqdan narahatdır.

“Müvəqqəti büdcə layihəsinin əleyhinə səs vermək Amerika xalqına ziyan vuracaq və Prezident [Donald] Trampın son 51 gündür inşa etdiyi inanılmaz momentumu öldürəcək,” Ağ Evin mətbuat katibi Karolayn Levit çərşənbə axşamı müxbirlərə deyib.

Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsini çərşənbə axşamı 217-213 səs fərqi ilə qəbul edib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson büdcə layihəsini keçirmək üçün öz partiyası daxilində etirazları yatırmağa çalışıb. O, çərşənbə axşamı müxbirlərə deyib ki, yeddi aylıq müvəqqəti büdcə layihəsi Trampın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə hökumətdə israfçılıq və sui-isitfadə hallarının qarşısını almaq gündəliyini həyata keçirmək yolunda mühüm bir addımdır.

“Bu, bizə federal hökumətin miqyası və əhatə dairəsini dəyişməyə imkan verəcək. Hazırda Vaşinqtonda seismic dəyişiklik olur. Bu, bizim daha öncə olduğumuzdan fərqli bir vəziyyətdir. DOGE kütləvi saxtakarlıq, ifratçılıq və sui-istifadə halları tapır,” Conson deyib. “Bizim bizi maliyyə baxımından doğru yola qaytaracaq Ağ Evimiz var.”

Ancaq müstəqil müşahidəçi və analitiklər deyir ki, DOGE federal proqramlar və iş yerlərində genişmiqyaslı ixtisarlara dəstək toplamaq üçün həddindən artıq saxtakarlıq iddialarından istifadə edir.

Çərşənbə axşamı vitse-prezidenti JD Vans büdcə layihəsinə dəstək toplamaq üçün Konqresdə qanunvericilərlə danışıb. Nümayəndə Tomas Massi qanun layihəsini dəstəkləməyən yeganə Respublikaçı olub, baxmayaraq ki, Tramp bazar ertəsi Truth Social-dakı postunda büdcə layihəsinin əleyhinə səs verdiyi halda Massinin Konqresdəki yerini itirməsinə çağırıb.

Müvəqqəti qanun layihəsi qanunvecilərə hökumət xərcləri ilə bağlı Senat və Nümayəndələr Palatasının versiyaları üzərində kompromis əldə etməyə vaxt verir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG