Accessibility links

İran Azərbaycanında tanınmış milli fəal Cəlal Kudərili Qoşaçayda dindirilib


Milli fəal Cəlal Kudərili
Milli fəal Cəlal Kudərili

İran Azərbaycanının tanınmış milli fəallarından biri olan Cəlal Kudərili (Cəlal müəllim) martın 9-da Qoşaçay şəhərinin kəşfiyyat idarəsinə çağırılaraq dindirilib.

Araz News və Demokratlar Telegram kanallarının yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərinin sakini olan türk fəal təhlükəsizlik qüvvələri tərəfindən telefonla çağırılıb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Cəlal Kudərili təqaüdçü müəllimdir və ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkir.

Cəlal Kudərilinin təhlükəsizlik qüvvələrinin təcridxanasına çağırılmasının səbəbləri ilə bağlı heç bir məlumat yayımlanmayıb.

Son həftələrdə və aylarda İran Azərbaycanın müxtəlif şəhərlərində milli fəalların təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi və onlara təzyiqlərin artması müşahidə olunur.

Forum

XS
SM
MD
LG